Dünya bazarında neftin qiyməti bahalaşıb. SİA-nın xəbərinə görə, Nyu-Yorkun NYMEX birjasında WTI neftinin qiyməti 1 barelə görə 0,21 dollar artaraq 49,77 dollar təşkil edib. Londonun ICE qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,28 dollar artaraq 50,02 dollar olub.
Azərbaycan neftinin qiyməti də bahalaşıb. Belə ki, "AzəriLayt" markalı neftin qiyməti bir barel üçün 57 sent artaraq 50.36 dollara satılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB