İqtisadiyyat Nazirliyi müsabiqə elan edir

Azərbaycan İqtisadiyyat Nazirliyi xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar KİV nümayəndələri arasında "Heydər Əliyev və sahibkarlığın inkişafı" mövzusunda yaradıcılıq müsabiqəsi elan edir. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, müsabiqəyə təqdim ediləcək məqalələr 8 min işarədən, televiziya və radio süjetləri isə 3 dəqiqədən az olmamalı, Azərbaycanda dövlət qeydiyyatına alınmış KİV-də yerləşdirilməlidir.

Materialların sonunda "İqtisadiyyat Nazirliyi tərəfindən KİV nümayəndələri arasında elan edilmiş yaradıcılıq müsabiqəsinə təqdim edilir" qeydi göstərilməlidir.

Materiallar KİV nümayəndəsinin vəsiqəsinin sürəti ilə birlikdə 2 may 2016-cı il tarixinədək İqtisadiyyat Nazirliyinə təqdim edilməli və elektron formada vusala.guliyeva@economy.gov.az ünvanına göndərilməlidir.

Qaliblər mükafatlandırılacaq.

Müsabiqə şərtləri ilə daha ətraflı http://economy.gov.az/images/pdf/shertler_musabiqe.pdf ünvanından tanış olmaq olar.

Bütün xəbərlər Facebook səhifəmizdə