Aztəminatlı ailələrə bayram sovqatı paylanıb

Aztəminatlı ailələrə bayram sovqatı paylanıb

Ermənistanın işğalçılıq siyasəti nəticəsində doğma yurd-yuvasından didərgin düşmüş soydaşlarımızın yanında olmaq, onlara yardım göstərmək artıq ənənəyə çevrilib. SİA-nın verdiyi xəbərə görə, bu ənənəni davam etdirən İqtisadiyyat Nazirliyinin nümayəndələri Ağdaş və Masallı rayonlarında olub, Ağdaşda məskunlaşan 840 qaçqın və məcburi köçkün ailəsinə, Masallıda məskunlaşan 104 qaçqın və məcburi köçkün ailəsinə Novruz Bayramı münasibətilə bayram hədiyyəsi (ərzaq məhsulları) təqdim ediblər.

Qaçqın və məcburi köçkünlər onlara göstərilən böyük diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıq ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə