"Lisenziyalar və icazələr haqqında" qanun layihəsi gündəlikdən çıxarıldı
Üçüncü oxunuşda "Lisenziyalar və icazələr haqqında" qanun layihəsi Milli Məclisin bu gün keçirilən plenar iclasının gündəliyindən çıxarılıb. SİA-nın məlumatına görə, bu barədə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib.
O qeyd edib ki, komitənin son iclasında icazələrlə bağlı deputatlar tərəfindən haqlı fikirlər səsləndirilib və icazələrin sayının daha da azaldılması təklif olunub: "Bununla bağlı bir neçə gündür Prezident Adminstrasiyası ilə müzakirələr aparılır. İşlər davam etdiyi üçün təklif edirəm ki, sözügedən qanun layihəsi bu gün gündəlikdən çıxarılsın və konkretləşdirilsin".
Spiker Oqtay Əsədov komitə sədrinin fikirləri ilə razılaşdığını bildirib: "Həmin qanun layihəsində icazələrin sayı azaldılaraq 199-a endirilmişdi. Yeni təklifdə isə icazələrin sayı 164 nəzərdə tutulub".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB