SOCAR prezidenti: "SOCAR-da çalışanların əməkhaqları kifayət qədər yüksəkdir"
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) çalışacaq ki, işçilərin əməkhaqlarını inflyasiyanın səviyyəsinə uyğun kompensasiya etsin. SİA-nın məlumatına görə, bu fikirləri SOCAR prezidenti Rövnəq Abdullayev Bakı Biznes Mərkəzində gənc neftçilərlə görüşü zamanı deyib.
Rövnəq Abdullayev bildirib ki, SOCAR hər zaman əməkhaqlarını artırır: "2007-ci ildə işçilərin əməkhaqları 25% artırılıb. Hazırda SOCAR-da çalışanların əməkhaqları digər dövlət müəssisələrində çalışanlara nisbətən kifayət qədər yüksəkdir. Amma bildiyiniz kimi, dünya bazarında neftin qiymətinin ucuzlaşması ilə əlaqədar bizim də gəlirlərimiz azalıb, büdcədə kifayət qədər imkanlar yoxdur".
R.Abdullayev buna baxmayaraq, faktiki inflyasiya hesablandıqdan sonra müəyyən qədər kompensasiya edilməsinin düşünüldüyünü əlavə edib: "Çalışacağıq ki, müəyyən qədər kömək edək. Amma yenə qeyd edirəm ki, büdcə təşkilatlarının əməkhaqqı ilə bizim əməkhaqqı çox fərqlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB