"Avropa İttifaqı (Aİ) Azərbaycanın aqrar sektoruna dəstəyini davam etdirəcək". SİA-nın xəbərinə görə, bunu Bakıda Aİ-nin Azərbaycandakı səfiri Malena Mard elektron kənd təsərrüfatına həsr olunmuş seminarda bildirib.
Onun sözlərinə görə, ərzaq təhlükəsizliyi sahəsində Aİ Azərbaycanla işləyir: "Avropada ərzaq təhlükəsizliyi çox ciddi məsələdir. Azərbaycanda baş verən yenilikləri görərək düşünürük ki, Azərbaycan məhsulları tələblərimizi qarşılaya biləcək".
M. Mard əlavə edib ki, Avropa İttifaqının bazarı çox böyükdür: "Bu bazarın əhatə etdiyi ərazidə 500 milyondan çox əhali yaşayır. Azərbaycan məhsullarını da həmin bazarda görmək bizi sevindirəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB