DGK “Buraxılış vaxtının ölçülməsi” adlı seminar keçirir

DGK “Buraxılış vaxtının ölçülməsi” adlı seminar keçirir

Noyabrın 19-da Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərində yerləşən Regional Tədris Mərkəzində "Buraxılış vaxtının ölçülməsi" mövzusunda seminar öz işinə başlayıb. Komitənin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, tədbir Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin gömrük xidmətlərinin əməkdaşları üçün nəzərdə tutulub.

Seminarda Türkiyə, Qazaxıstan və Qırğızıstan gömrük xidmətlərinin, eləcə də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının nümayəndələri iştirak edirlər.

İki gün davam edəcək seminarda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin mütəxəssisləri tərəfindən "Azərbaycanda ticarət mühiti: gömrük sistemində tətbiq edilən innovasiya layihələri", "Buraxılış vaxtının ölçülməsi layihəsinin Azərbaycan modelinin idarəetmə prinsipləri", "Buraxılış vaxtının ölçülməsi əsasında ticarətə yardım - reformlar və tətbiqetmələr", "Buraxılış vaxtının ölçülməsinə dair üzv ölkələrin milli təcrübələri", "Malların təyinat gömrük məntəqəsinə çatdırılmasında buraxılış vaxtının ölçülməsinin əhəmiyyəti" mövzularında iştirakçılara ətraflı məlumat veriləcək, onları maraqlandıran suallar cavablandırılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə