“Azərbaycan iqtisadiyyatı son 10 ilin ən dayanıqlı iqtisadiyyatıdır” AÇIQLAMA

“Azərbaycan iqtisadiyyatı son 10 ilin ən dayanıqlı iqtisadiyyatıdır” AÇIQLAMA

"Azərbaycan iqtisadiyyatı son 10 ilin ən dayanıqlı iqtisadiyyatıdır". SİA-nın məlumatına görə, bu sözlər millət vəkilləri Əli Məsimli və Vahid Əhmədovun birgə hazırlanan çıxışı zamanı səsləndirilib.

Çıxışı səsləndirən deputat Ə. Məsimli bildirib ki, Azərbaycan iqtisadiyyatı dünyada baş verən iqtisadi hadisələrlə bağlı gəlirlərinin azalması dövrünü yaşayır. O qeyd edib ki, Azərbaycanın bu durumdan çıxmaq üçün böyük potensialı var.

"Kiçik və orta biznesin inkişaf etdirilməsinə kömək etməyi bacarmırsınızsa, heç olmasa mane olmayın" prinsipindən çıxış edərək, bu istiqamətdə bütün maneələri aradan qaldırmaq lazımdır. Təhlillər apararaq, mənfi və müsbət cəhətləri qiymətləndirib, beynəlxalq təcrübədən istifadə etməklə ehtiyat tədbirləri həyata keçirilməlidir. Azərbaycanda verginin təkcə fiksal funksiyası yoxdur. Vergi sistemində təkmilləşdirmə işlərinin aparılmasının vaxtı çatıb. Bu, kiçik və orta sahibkarlığın inkişafına təsir göstərəcək və əlavə vəsaitlərin artırılmasına nail olunacaq"- deyə, millət vəkili əlavə edib.

O, xərclərdə şəffaflığın, səmərəliliyin artırılması, monitorinqlərin təşkil olunması istiqamətində işlər aparılmalı olduğunu bildirib.

Deputat qeyd edib ki, 2016-cı ilin büdcəsində əsaslı xərclər azalsa da, sosial xərclərin azalmaması müsbət haldır.

Onun sözlərinə görə, icbari tibbi sığortanın tətbiqi, ipoteka, təhsil kreditləri, yerlərdə su, qaz və yol layihələrinin həyata keçirilməsi istiqamətlərində işlər sürətləndirilməlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə