SOCAR 2015-ci ilin sentyabr ayında dövlət büdcəsinə 136 milyon 487 min manat vəsait ödəyib. SİA-nın Dövlət Neft Şirkətinə (SOCAR) istinadən verdiyi xəbərə görə, ümumiyyətlə, 2015-ci ilin yanvar-sentyabr aylarında büdcəyə 1 milyard 135 milyon 245 min manat vəsait ödənilib. Bundan əlavə, cari ilin sentyabr ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna 11 milyon 788 min manat vəsait köçürüb. Bu göstərici 2014-cü ilin sentyabr ayı ilə müqayisədə 144 min manat və ya 101,2 faiz çox olub. Ümumiyyətlə, 2015-ci ilin yanvar-sentyabr aylarında Şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 104 milyon 223 min manat təşkil edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB