İqtisadçı: “BVF-nın Azərbaycan üçün proqnozları realdır” AÇIQLAMA

İqtisadçı: “BVF-nın Azərbaycan üçün proqnozları realdır” AÇIQLAMA

"Beynəlxalq Valyuta Fondu (BVF) birmənalı şəkildə dünyanın ən nüfuzlu beynəlxalq maliyyə qurumlarından biridir. Təbii ki, BVF tərəfindən Azərbaycanda iqtisadi artım tempinin qiymətləndirilməsi və ilin sonuna qədər region üçün kifayət qədər böyük artım proqnozlaşdırılması ondan xəbər verir ki, Azərbaycanda artım beynəlxalq maliyyə qurumları tərəfindən birmənalı şəkildə qiymətləndirilib və qəbul edilib". Bunu SİA-ya iqtisadçı-ekspert Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, yalnız 2015-ci il üçün deyil, eyni zamanda 2016-cı il üçün BVF-nın Azərbaycan üçün proqnozları kifayət qədər realdır: "Belə ki, əgər BVF 2016-cı ildə MDB üçün cəmi 0,3 faiz artım proqnozlaşdırsa, Azərbaycan üçün Fondun proqnozu region proqnozundan 6 dəfə çoxdur. Azərbaycanın iqtisadi artım tempinin dəstəklənməsi həm də ölkəmizin iqtisadiyyatının gələcək inkişafı baxımından da çox vacibdir. Bu, həm ölkəmizə əlavə investisiyaların cəlb edilməsinə, həm qeyri-neft sektorunun inkişafı, həm də ölkə iqtisadiyyatının xaricdə təqdim edilməsi baxımından çox önəmlidir. Bu baxımdan BVF-nın Azərbaycanla bağlı nikbin proqnozlarını birmənalı şəkildə ölkə iqtisadiyyatına verilən müsbət qiymət kimi dəyərləndirmək lazımdır. Bu, Azərbaycana investorların artan marağını təmin etməyə və digər imkanlar yaradacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə