"Qiymətlərin artıb azalma tendensiyası devalvasiyadan asılı ola bilər". Bunu SİA-ya iqtisadçı ekspert Natiq Cəfərli bazarda qiymət artımı ilə bağlı danışarkən deyib.
Onun sözlərinə görə, bazarlarda artımın qarşısını almaq məqsədilə hökumət qurumları tərəfindən lazımi tədbirlər görülür: "İnzibati üsullarla qiymətləri nəzarətdə saxlamağa çalışıldı. Lakin qiymətləri davamlı şəkildə nəzarətdə saxlamaq mümkün deyil. Fevral ayının devalvasiyadan sonrakı qiymətlər artımını biz indi müşahidə edirik. Mərkəzi Bankın özünün də açıqladığı kimi əgər ehtiyatları qorumaq qərarına gəlsək, bir müddətdən sonra növbəti qiymət artımına şahid olacağıq".
İqtisadçı bildirib ki, indi baş verən qiymət artımı birinci devalvasiyanın nəticəsidir. Həmçinin o qeyd edib ki, yaxın gələcəkdə mövsümlə əlaqədar da müəyyən qiymət artımı müşahidə olunacaq: "Ərzaq məhsullarının bolluğu bitdir və qış aylarında mövsümdən irəli gələn qıtlıq başlayır. Bu da qiymətlərin artmasına səbəb olur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB