“Azərbaycan Dəmir Yolları” QSC-də Ukraynanın səfiri ilə görüş keçirilib FOTOLAR
Bu gün "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətində Ukrayna Respublikasının Azərbaycandakı səlahiyyətli səfiri Aleksandr Mişenko və Ukraynanın energetika nazirinin müşaviri İqor Ruban ilə görüş keçirilib. SİA-nın məlumatına görə, görüşdə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov giriş sözü ilə çıxış edərək Azərbaycan dəmir yolunda reallaşdırılan layihələr, qarşıda duran perspektiv vəzifələr haqqında ətraflı məlumat verib. İkitərəfli görüşdə həmçinin Ukrayna və Azərbaycan ölkələrinin dəmir yollarının gələcək planları və bu əməkdaşlığın perspektivləri, Ukraynaya Azərbaycan üzərindən tranzit potensialının artırılması məsələləri müzakirə olunub. Sonra səfir Alekcandr Mişenko və Ukraynanın energetika nazirinin müşaviri İqor Ruban çıxış edərək, "Azərbaycan Dəmir Yolları" QSC-də bütün sahələrdə həyata keçirilən genişmiqyaslı islahatlardan məmnun qaldıqlarını bildiriblər.
İkitərəfli əməkdaşlığın bundan sonra daha da genişləndirilməsi qərara alınıb.



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB