Ekspert: “Brendlər formalaşdırılmalıdır” Təklif

Ekspert: “Brendlər formalaşdırılmalıdır” Təklif

"Azərbaycanda yeni model işləyib hazırlamaq üçün hər şeydən əvvəl ölkənin iqtisadi rayonları üzrə və iqtisadi sahələr üzrə rəqabət üstünlükləri üzə çıxarılıb qiymətləndirilməlidir". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Mənsur Bərxudarov deyib.

Onun sözlərinə görə, yeni modelin qurulması üçün bir neçə əsas şərt var ki, onlardan satışın coğrafiyasının konkretləşdirilməsi, şirkətlərin ölkədə və xaricdə tanınmasına nail olunmalıdır: "Bu əsasda regional və sahəvi klasterləşdirmənin emitasiya modeli qurulmalı, bundan sonra istehsalı nəzərdə tutulan malların satış mexanizminin ümumi şərhi verilməli və nəhayət satışın coğrafiyası konkretləşməlidir. Modelin mikro səviyyədə rellaşdırılması üçün klasterləşdirmə aparılan regionlarda və sahələrdə uğur qazanmış şirkətlərin səhmdar cəmiyyətlərinə çevrilməsini təşkil edərək, birbaşa dövlət dəstəyi ilə onların ölkədə və xaricdə tanınmasına nail olunmalıdır. Daha dəqiq desək, artıq dünyada müsbət imici formalaşmış Azərbaycanın şirkət və məhsullarının brendini formalaşdırmaq lazımdır. Qeyd etdiklərimiz qısa tezis formasında modelin ümumi görüntülərini əks etdirməyə istiqamətlənmiş bir cəhddir".

Bütün xəbərlər Facebook səhifəmizdə