Kənd Təsərrüfatı Naziri: "Pambıqçılığın inkişafına dair strategiya hazırlanır"
"Azərbaycanda pambıqçılığın inkişafına dair müvafiq işlərin görülməsinə başlanılıb". Bunu media nümayəndələrinə açıqlamasında kənd təsərrüfatı naziri Heydər Əsədov söyləyib.
Onun sözlərinə görə, Nazirlik hazırda bir sıra sahələri, o cümlədən pambıqçılığı əhatə edəcək kompleks strategiya hazırlayır: "Strategiyada pambıq, o cümlədən digər sahələrin problemləri, görüləsi işlər, eyni zamanda onlardan alınacaq nəticələr əks olunacaq. Strategiya yaxın bir ay ərzində Prezident Administrasiyasına təqdim olunacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB