Bu gün Bakıda daha bir yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Bu barədə SİA-ya Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib.
P.Mürsəliyev bildirib ki, Abdulvahab Salamzadə küçəsi ilə Tiflis prospektinin kəsişməsindəki yolötürücüsü (Nəqliyyat Nazirliyinin yanı), Ceyhun Səlimov küçəsi ilə Salamzadə küçəsinin kəsişməsindəki yolötürücüsü (Papanin körpüsü) və yan yollarında bu gün saat 22:00-dan hərəkət məhdudlaşdırılmaqla, xətlənmə işi yerinə yetiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB