Vüqar Bayramov:"Yeni istehsaldan çıxmış və qiyməti baha olan avtomobillərin qiymətində ucuzlaşma olacaq"

Vüqar Bayramov:"Yeni istehsaldan çıxmış və qiyməti baha olan avtomobillərin qiymətində ucuzlaşma olacaq"

"Bankların avtomobillərin kreditlə satışını qadağan etməsi avtomobil bazarına təsir göstərəcək". SİA-ya açıqlamasında iqtisadçı-ekspert Vüqar Bayramov deyib. Onun sözlərinə görə, avtomobillərə qoyulan qadağa köhnə avtomobillərin qiymətində artımlara səbəb olacaq: "Əvvəllər vətəndaşlar kreditlə yeni istehsal olunmuş və qiyməti nisbətən yüksək olan avtomobilləri alırdılar. Çünki, ili köhnə olan avtomobillərə kredit verilmirdi. Son qadağadan sonra bahalı avtomobil almaq istəyən və kredit ala bilməyən alıcılar nisbətən ucuz avtomobillər alacaqlar. Bu isə ucuz avtomobillərə olan tələbatı artıracaq. Nəticədə bu avtomobillərin qiyməti əvvəlki illərə nisbətən bahalaşacaq".

Vüqar Bayramov qeyd edib ki, Azərbaycanda aprelin 1-dən Avro-4 standartları tətbiq olunacaq: "Bu baxımdan bu da təbii ki, ucuz, ili köhnə olan avtomobillərin qiymətində artımlar olacaq. Ancaq yeni istehsaldan çıxmış və qiyməti baha olan avtomobillərin qiymətində ucuzlaşma olacaq. Çünki bu avtomobilləri alan alıcıların sayı az olacaq. Bu baxımdan bankların kredit verməməsi ili köhnə və qiyməti aşağı olan avtomobillərə tələbatı artıracaq".

Bütün xəbərlər Facebook səhifəmizdə