Nazirdən beynəlxalq aləmə MÜRACİƏT

"Azərbaycana edilən kiber hücumların 90%-i xaricdən gəlir". SİA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.

Nazirin sözlərinə görə, bu hücumlar təkcə Azərbaycana deyil, digər ölkələrə də edilir: "Yaranan problemlə mübarizə aparmaq üçün biz beynəlxalq aləmi əməkdaşlığa çağırırıq. Kiber hücumlardan qorunmaq üçün nazirlik olaraq texniki tərəfə daha çox diqqət ayırırıq. Edilən hücumların qarşısını almaq üçün mobil operatorlar, provayderlər, şəbəkə rəhbərləri xarici ölkə tərəfdaşları ilə əlaqələrini möhkəmlətməli, məsələ ilə bağlı müzakirələr aparmalıdırlar. Azərbaycanda bu sahəyə verilən qiyməti yüksək qiymətləndirirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə