Bu gün "Böyük Bakı" ərazisində 20 milyon kvadratmetr yaşayış sahəsinə ehtiyac vardır. 2030-cu ildə isə bu rəqəmin 39-46 milyon kvadratmetr olacağı gözlənilir. Bunu "Bakıdövlətlayihə" İnstitutunun direktoru İlqar İsbatov "Böyük Bakının Regional İnkişaf Planı" layihəsi ilə bağlı ictimai müzakirələrdə deyib.
Hesablamalara görə, hazırda həmin ərazidə 630 min mənzilin olması ehtimal edilir. "Böyük Bakının inkişaf planı" layihəsi çərçivəsində 2030-cu ildə 840-910 min mənzilə ehtiyac duyulacaq. Odur ki, bu dövrdə 210 -270 min yeni mənzilin tikilməsi planlaşdırılmalıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB