Neftin qiyməti artıb

Dünya birjalarında neftin qiyməti artıb. Nyu-Yorkun "NYMEX" (New York Merchantile Exchange) birjasında "Layt" markalı neftin bir barrelinin qiyməti 36 sent qalxaraq 88,50 dollar, Londonun İCE (İnterContinental Exchange Futures) birjasında keçirilən hərraclarda "Brent" markalı neftin bir barrelinin qiyməti isə 16 sent bahalaşaraq 103,42 dollar olub.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsindən bildiriblər ki, "AzəriLayt" markalı neftin bir barrelinin qiyməti London birjasında 6 sent enərək 107,10 dollara satılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə