Ölkə üzrə sabit telefon şəbəkəsində 1717196 nömrə var

Ölkə üzrə sabit telefon şəbəkəsində 1717196 nömrə var

2011-ci ildə rabitə sahəsinə 415 milyon manat investisiya qoyulub ki, bu ölkə iqtisadiyyatına qoyulan investisiyanın 3,2 faizini təşkil edir. Sektora qoyulan investisiyaların 246,4 milyon manatı mobil operatorlar, 144,5 milyon manatı RİTN-in strukturuna daxil olan birlik və müəssisələr tərəfindən yatırılıb.


SİA-nın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə istinadən verdiyi məlumata görə, investisiya layihələri çərçivəsində 15 ədəd ATS rekonstruksiya olunub, 60 yeni ATS istifadəyə verilib, 22 ədəd ATS-də genişləndirmə işləri aparılıb. Nəticədə respublikanın ümumi telefon şəbəkəsi üzrə montaj tutumu 49896 nömrə artırılıb. Ölkə üzrə ümumi istifadəli sabit telefon şəbəkəsinin tutumu 1717196 nömrəyə çatdırılıb.


Bütün xəbərlər Facebook səhifəmizdə