2014-cü ildən etibarən Azərbaycan Bolqarıstana 1 milyard kub metrdən çox qaz tədarük edəcək

2014-cü ildən etibarən Azərbaycan Bolqarıstana 1 milyard kub metrdən çox qaz tədarük edəcək

"Türkiyədən Yunanıstana çəkilən qaz kəmərinin tikinti işlərinin baş çatmasından dərhal sonra 2014-cü ildən etibarən Azərbaycan Bolqarıstana 1 milyard kub metrdən çox qaz tədarük edəcək". SİA-nın məlumatına görə, bu barədə Bolqarıstanın energetika naziri azərbaycanlı həmkarı ilə Brüsseldə keçirilən görüşündən sonra bəyan edib.

Bəyanatda o da bildirilir ki, Azərbaycan Bolqarıstana qazı "Nabucco" layihəsinin mənbəyi hesab olunan "Şahdəniz" yatağının ikinci fazası istismara verilməzdən əvvəl nəql edəcək

Nazirlər həmçinin sıxılmış qazın nəqli barədə də danışıqlar aparıblar və qaz tədarükünün il ərəzində 2 milyard kub metrə çatdırılması barədə razılığa gəliblər.

Bundan başqa Bolqarıstan Rusiyanın təklif etdiyi "Burqas-Aleksandrupolis" neft kəməri layihəsinə üçüncü dəfə rədd cavabın verib. Səbəb kimi isə, bolqarlara təklif olunan müqavilədə anlaşılmayan şərtlərin olmasıdır. Bundan başqa rəsmi Sofiya bu layihənin icraçıları olan şirkətlərə, yəni "Rosneft", "Transneft" və "Qazpromneft"-ə xəbərdarlıq edib. Xəbərdarlıqda bu şirkətlərə iki ay ərzində müqaviləyə yenidən baxılması istənilib. Buna baxmayaraq bəzi mənbələr Bolqarıstanın qərarını dəyişməyəcəyini və bu layihəyə razılıq verməyəcəyini bildirir.

Bütün xəbərlər Facebook səhifəmizdə