İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Qlobal Əlaqələr Katibliyinin Avrasiya şöbəsinin rəhbəri Vilyam Tompson ilə görüşüb.
SİA-nın məlumatına görə, İqtisadiyyat Nazirliyindən bildirilib ki, görüşdə Azərbaycan ilə OECD arasında mövcud əməkdaşlığın cari vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə edilib, tərəfdaşlığın yeni fəaliyyət sahələri üzrə genişləndirilməsi imkanları nəzərdən keçirilib. Xüsusilə iqtisadi islahatlar, investisiya mühiti, dayanıqlı inkişaf və institusional potensialın gücləndirilməsi istiqamətlərində birgə təşəbbüslərin əhəmiyyəti vurğulanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB