SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Su və Meliorasiya Elmi-Tədqiqat İnstitutu tərəfindən infosessiya keçirilib.
SİA-nın məlumatına görə, İnstitutdan bildirilib ki, tədbirdə qurumun Hidroloji tədqiqatlar şöbəsinin müdiri Rəşail İsmayılov, Doktorantura və gənc mütəxəssislərlə iş sektorunun müdiri Günay Dünyamalıyeva, eləcə də “Hakaton Azərbaycan” şirkətinin nümayəndəsi, BANM-in məzunu Vüqar Əliyev iştirak ediblər.
Hidroloji və meliorasiya sahəsindəki son yeniliklər, elmi araşdırmalar və gənc mütəxəssislərin inkişafı mövzusunda müzakirələr aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə