Metronun “28 May” stansiyasında qatarın hərəkəti dayandırılıb

“Bakı Metropoliteni” QSC-nin Yaşıl xətti üzrə, “Əhmədli” - “Dərnəgül” stansiyaları istiqamətində hərəkət edən qatarını maşinist “28 May” stansiyasında dayandırıb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun verdiyi açıqlamaya görə, qatarın sərnişinsiz baxış keçirmək məqsədi ilə dayandırılması nasazlıq ehtimalı ilə bağlı olub.

Bütün xəbərlər Facebook səhifəmizdə