İstirahət günlərində 52 minə yaxın sərnişin mənzil başına çatdırılıb - AYNA

İstirahət günlərində Azərbaycanda 52 minə yaxın sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb. Bu barədə SİA-ya Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir. Bildirilib ki, bu sərnişindaşıma əməliyyatlarında Agentliyin 350 əməkdaşı iştirak edib.

Bildirilib ki, respublika ərazisində fəaliyyət göstərən bütün avtovağzal və avtostansiyalar bayram günlərində əhalinin nəqliyyat xidmətləri ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün noyabrın 7–13-də gücləndirilmiş iş rejimində çalışıb. Şəhərlərarası və rayonlararası marşrutlar üzrə sərnişin daşımalarının fasiləsiz və qrafiklərə uyğun həyata keçirliməsinə AYNA tərəfindən nəzarət olunub.

Məlumatda deyilir ki, ümumilikdə istirahət günlərində 1 780 reys həyata keçirilib, 52 000-ə yaxın sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb. Adi günlərdə Bakı Beynəlxalq Avtovağzal Kompleksindən (BBAK) reysə 200-ə yaxın avtobus çıxırsa, qeyd edilən tarixlərdə xətlərə əlavə 100-dən çox avtobus buraxılıb.

Agentlik bildirib ki, marşrutlar üzrə xətlərə buraxılan avtobusların intervalına, sürücülərin sərnişindaşımada təhlükəsizlik qaydalarına əməl etmələrinə xüsusi nəzarət olunub. Biletlər avtovağzalın kassalarından, eləcə də https://biletim.az/ portalı vasitəsilə onlayn qaydada sərnişinlərə təqdim edilib. Qeyd edilən tarixlərdə 16 850 onlayn bilet alınıb. Bu da ümumi bilet satışın 32 %-ini təşkil edir. Bakıdan bölgələrə və əks istiqamətdə daşınan sərnişinlərin tələbatı tam qarşılanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə