“Azərxalça” auditor seçir

“Azərxalça” ASC 2024-cü il üzrə maliyyə hesabatlarının auditi üçün kotirovka sorğusu elan edib. SİA xəbər verir ki, sorğuda iştirak haqqı 33 manatdır.

İddiaçılar təkliflərini noyabrın 16-na qədər “Azərxalça”nın yerləşdiyi Şumqayıt şəhəri, Kimyaçılar küçəsi, ev1 ünvanına təqdim edə bilərlər.

Təkliflərə noyabrın 16-da, saat 16:00-da qeyd olunan ünvanda baxılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə