"Azərkosmos" iqlim dəyişikliyi ilə bağlı yeni layihələr üzərində işləyir
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik ("Azərkosmos") iqlim dəyişikliyi ilə bağlı yeni layihələr üzərində işləyir. SİA xəbər verir ki, bunu qurumun Coğrafi informasiya sistemləri mərkəzinin mütəxəssisi Saleh Nəbiyev bildirib.
"Biz hazırda buzlaqların monitorinqini aparırıq. Həmçinin iqlim dəyişikliklərinin Xəzər dənizi və çay hövzələrinə təsirini müəyyən etmək üçün monitorinqlər həyata keçiririk", - deyə o qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə