AMB EBRD ilə maliyyə sektorunun dayanıqlı inkişafını müzakirə edib - FOTO

Azərbaycan Mərkəzi Bankı (AMB) və Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) arasında maliyyə sektorunun dayanıqlı inkişafı müzakirə edilib. SİA xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"EBRD-nin Türkiyə və Qafqaz regionu üzrə icraçı direktoru Elizabeta Falçettinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdən məmnun olduq. Görüş çərçivəsində maliyyə sektorunun dayanıqlı inkişafı, bununla bağlı strateji planlarımız, real sektorun maliyyəyə çıxış imkanlarının genişləşdirilməsi, eləcə də “yaşıl keçid”lə bağlı icra olunacaq təşəbbüslərə EBRD-nin dəstək imkanlarını müzakirə etdik, həmçinin EBRD ilə əməkdaşlığın cari vəziyyətinə və gələcək perspektivlərinə dair fikir mübadiləsi apardıq", - deyə o qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə