Azərbaycan İtaliya şirkətləri ilə iqtisadi sahədə birgə fəaliyyəti müzakirə edib

Azərbaycanla İtaliya şirkətləri arasında iqtisadi sahədə birgə fəaliyyət müzakirə edilib. SİA xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsində hesabında bildirib.

"İtaliyanın şirkətlər və “Made in Italy” naziri Adolfo Urso ilə iqtisadi sahədə birgə fəaliyyətin effektivliyinin artırılması barədə fikirlərimizi bölüşdük. İtaliya şirkətlərinin ölkəmizdəki fəaliyyəti, sənaye, kənd təsərrüfatı, nəqliyyat sahəsində layihələrin perspektivlərini müzakirə etdik", - deyə o qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə