“İzafi kredit yüklənməsinin qarşısının alınması çox vacibdir” - DEPUTAT DANIŞDI
“İstehlak məsullarının kreditlə satılması uzun müddətdir ki, tətbiq olunur. Bu vətəndaşlara aldığı məsul üzrə mərhələli, yəni müddətli ödəniş imkanı verir. Sözsüz ki, digər kredit növlərində olduğu kimi məsulların kreditlə satışı zamanı da vətəndaşın ödəmə qabiliyyətinin öyrənilməsi, xüsusilə də izafi kredit yüklənməsinin qarşısının alınması çox vacibdir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Vüqar Bayramov deyib.
Deputat bildirib ki, nəticə etibarilə vətəndaş istər istehlak məsullarını alan zaman, istərsə də digər formada kreditdən istifadə edirsə, bu artıq onun üçün aylıq ödənişlər deməkdir: “Buna görə də bu sahədə də nəzarətin gücləndirilməsi və xüsusilə də vətəndaşın ödəmə qabiliyyətinin nəzərə almaqla itehlak məsullarının kreditlə verilməsi çox vacibdir. Çünki əks halda bu ödəmə qabiliyyətinə təsir göstərə bilər. Hətta problemli kreditin həcmində də dəyişiklik müşahidə oluna bilər. Buna görə də istehlak məsullarının kreditlə satışı davam etdirilir. Amma bu sahədə xüsusi qaydaların tətbiqi edilməsi və vətəndaşın ödəmə qabiliyyətini nəzərə almaqla məsulun kreditlə satışının təmin edilməsi çox vacibdir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB