“İtaliya Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır” - MÖVQE BİLDİRİLDİ

“İtaliya Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır. Nəzərə almalıyıq ki, ölkələrarasında enerji və qeyri-enerji sahəsində əməkdaşlıq güclənib. Yəni, bir tərəfdən iki ölkə arasında sənaye dövriyyəsinin artması müşahidə olunur. Azərbaycanın ixracatının təqribən yarısı Avropa İttifaqının payına düşür”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili, iqtisadçı-ekspert Vüqar Bayramov deyib.

Deputat bildirib ki, sözügedən kontekstdən Avropa İttifaqında ən böyük tərəfdaşımız İtaliyadır: “Eyni zamanda İtaliya işğaldan azad olunmuş ərazilərimizin bərpa olunmasında fəal şəkildə iştirak edir. Xüsusilə də elektrik enerjisinin təminatının həyata keçirilməsi və bu istiqamətdə layihələrin reallaşmasında İtaliya şirkətlərinin ciddi töhfəsi var. Bu istiqamətdə əsasən imkanlar və əməkdaşlıq da genişləndirilib. Bu baxımdan İtaliya Azərbaycan üçün növbəti dövrdə də yalnız enerji məhsullarının deyil, həm də gələcəkdə qeyri-neft, qaz məsullarının ixracatı baxımından vacib ölkələrdən birinə çevrilə bilər.

İşğaldan azad olunmuş ərazilərimizdə bərpa-yenidənqurma işlərimiz davam etdiriləcək. İtaliya ilə də əməkdaşlığın bu konteksdən davam etdirilməsi gözlənilir. Sənaye sahəsində də əməkdaşlığın gücləndirilməsi gözlənilir, bu da ölkələr arasında strateji tərəfdaşlığın daha da gücləndirilməsinə imkan yaradır”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə