2024-cü ilin sonunda inflyasiya 3,5 faiz təşkil edəcək

Hesablamalarımıza görə, 2024-cü ilin sonunda inflyasiya 3,5 faiz təşkil edəcək. 2025-ci ildə isə bu rəqəm 4,2 faiz təşkil edəcəyini gözləyirik. SİA xəbər verir ki bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair qəbul edilmiş qərarın açıqlamasına həsr olunan mətbuat konfransında çıxışı zamanı deyib.

“Bizim inflyasiyada təklif yüksək amilə malikdir. İnflyasımızın 1,6 faizlik hissəsi tələbdən, 2,6 faizi isə təklifdən formalaşır”, - deyə AMB sədri vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə