Bankların daha çox Bakıda yerləşməsinin səbəbi BƏLLİ OLDU - İQTİSADÇI DANIŞDI
“Bankların daha çox Bakı ərazisində məskunlaşmasının əsas səbəblərindən biri tələbatdır. Yəni, ölkə əhalisinin çox hissəsinin paytaxtda cəmləşməsidir. Bu, o deməkdir ki, bu xidmət daha çox paytaxta lazımdır”. Bu sözləri SİA-ya danışan iqtisadçı Rauf Qarayev deyib.
Onun sözlərinə görə, digər məsələlərdən biri də iş yerlərinin paytaxtda daha çox olmasıdır: “İş yerləri dedikdə, bankların verdiyi kreditin geri qaytarılma ehtimalı paytaxtda daha çoxdur. Bundan əlavə gəlir də, paytaxtda daha çoxdur. Bu səbəbdən banklar əsasən paytaxtda cəmləşib. Digər bir məsələ də binaların bölgələrdə az tikilməsidir. İpotekanın verilməsi baxımından banklar bölgələrdə filiallarını açıb, oradan xeyir götürə bilmir. Səbəb isə binaların bölgələrdə az tikilməsidir. Mənzillərin girov müqaviləsində yüksək kredit verilə bilmir. Çünki, rayonlarda mənzillərin qiyməti çox aşağıdır”.
“Banklar haqqında qanuna nəzər yetirsək, görərik ki, filial, şöbə, nümayəndəlik bir-birindən fərqli anlayışlardı. Bu baxımdan məsuliyyətlər və iş prinsipləri, işçilərin saxlanması üçün çəkilən xərclər də fərqlidir”,- deyə o əlavə edib.
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB