Azərbaycanda etiket istehsalçısına 1 milyon manat güzəştli kredit ayrılıb
İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondundan "Artpak" MMC-nin qablaşdırma və etiket istehsalının inkişafı layihəsi üçün 1 milyon manat məbləğində güzəştli kredit ayrılıb. SİA xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov X" sosial şəbəkəsindəki hesabında bildirib.
"Layihə üzrə illik 1 500 tondan çox məhsulun istehsalı nəzərdə tutulub", - deyə nazir qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB