“Bazarın işləmə qaydası budur ki,..." - EKSPERT İZAH ETDİ

“Bazarlarda bayram öncəsi qiymətlərin artmasi süni qiymət artımı deyil. Bunlar süni qiymət artımı deyil, tələbatın artması səbəbindən baş verən normal bazar qiyməti prosesləridir”. Bunu SİA-ya açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli deyib.

Onun sözlərinə görə, bazar iqtisadiyyatı iqtisadi sistem kimi seçilibsə, bu zaman bazarın işləmə mexanizmi qəbul edilməlidir: “Bazarın işləmə qaydası budur ki, tələbat artanda qiymətlər yüksələ bilər. Bu sahibkarın reaksiyasıdır, onun məqsədi məhz pul qazanmaqdır”.

Ekspert bildirib ki, süni qiymət bazarda formalaşan, sahibkarın tələbat artanda artırdığı qiymət deyil: “Süni qiymət inhisarçının, hökmran mövqe tutan, iri bazar payı olan şəxslərin qiymət etməsidir. Bir sözlə süni qiymət bazarda formalaşmayan, inhisarçıların müdaxiləsi nəticəsində formalaşan qiymətdir. Kartel sazişi, inhisarçının müdaxiləsi nəticəsində formnalaşan qiymətlərə qarşı tədbir görülməlidir. Yoxsa bayram qabağı hansısa tacir artırırsa buna heç bir müdaxilə lazım deyil”.

Müəllif: Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə