Türkiyənin ixrac həcmində artım qeydə alınıb

Türkiyənin ixrac həcmi noyabr ayında 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 5,2 faiz artıb.

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, bu barədə Türkiyənin ticarət naziri Ömər Bolat məlumat verib.

"Noyabr ayında ixracımız keçən ilin eyni dövrü ilə müqayisədə 5,2 faiz artaraq 23 milyard 11 milyon dollara çatıb. Beləliklə, iyul, avqust, sentyabr və oktyabr aylarında olduğu kimi rekorda imza atdıq.Yanvar-noyabr ayları arasında 233 milyard dollar məbləğində ixrac əməliyyatı həyata keçirilib'',-deyə Ömər Bolat vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə