Azərbaycan-Tailand birgə müəssisəsi Pirallahı Sənaye Parkında rezident olub

Azərbaycan-Tailand birgə müəssisəsi Pirallahı Sənaye Parkında rezident olub

İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyi (İZİA) Azərbaycan-Tailand birgə müəssisəsi - "Supreme Pharmatech Azerbaijan" MMC-yə Pirallahı Sənaye Parkında rezidentlik verib.

SİA agentliyə istinadən xəbər verir ki, şirkət Parkın 2,5 hektar ərazisində dəyəri 8,3 milyon manat olan bioloji aktiv qida əlavələrinin və dərman vasitələrinin istehsalı layihəsi həyata keçirəcək.

Müəssisədə 56 nəfər daimi işlə təmin ediləcək. İstehsal olunacaq məhsulların daxili bazarda satılmaqla yanaşı, “Made In Azerbaijan” brendi altında ixrac ediləcək.

Bununla da Parkın rezidentlərinin sayı 6-ya çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə