Azərbaycan beş ayda qara metalın ixracını azaldıb

Azərbaycan beş ayda qara metalın ixracını azaldıb

Bu ilin yanvar-may aylarında Azərbaycan 21 milyon 582 min ABŞ dolları dəyərində qara metal ixrac edib. Bu barədə SİA-ya Dövlət Gömrük Komitəsindən bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə 53,2 % azdır.

Ölkənin ümumi ixracında qara metal ixracının payı 0,13 % təşkil edib.

Hesabat dövründə qara metalın idxalı isə 182 milyon 719 min manat olub ki, bu da illik müqayisədə 7,8 % çoxdur.

Qara metal idxalının ölkənin ümumi idxalında payı 2,67 % təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə