"Dağ-mədən sahəsində sadə mexanizmlərə və həllərə ehtiyac var" - KOBİA

Azərbaycanda dağ-mədən sahəsində sadə mexanizmlərin və həllərin tətbiqi istiqamətində işlərin sürətləndirilməsinə ehtiyac var. SİA xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Bakıda "Dağ-mədən sahəsində mövcud imkanlar və perspektivlər" mövzusunda keçirilən biznes forumda bildirib.

"Dağ-mədən sahəsində istismara qəbul zamanı bir sıra çətinliklər yaranır. Bəzi hallarda müvafiq sahələr üzrə mülkiyyət hüququnun əldə edilməsi ilə bağlı çətinliklər müşahidə olunur. Buna səbəb kimi torpağın təyinatı, ərazinin istismara qəbulu, müvafiq hüquq müəyyənedici sənədlərin əldə edilməsi üzrə mürəkkəb prosedurların olması əsas gətirilir. Buna görə də müvafiq sahədə sadə mexanizmlərin və həllərin tətbiqi istiqamətində işlərin sürətləndirilməsinə ehtiyac var", - deyə o qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə