Vahid taksi sisteminin hansı müsbət tərəfləri var? - EKSPERT AÇIQLADI

“Son günlər narkotikə görə saxlanılan sürücülərin sayında artım var. Bu istənilən sferanı əhatə edir”. Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov deyib.

Onun sözlərinə görə, məsələ ilə bağlı mübarizə tədbirləri çərçivəsində Daxili İşlər Nazirliyinin bütün əməkdaşları və vətəndaşlarımız səfərbər olub: “Narkotikə görə saxlanılan sürücülər barəsində müxtəlif sosial şəbəkələrdə və KİV-lərdə geniş məlumatlar paylaşılır. Bir sözlə, narkotiklə mübarizə dövlət səviyyəsində aparılır”.

Aslan Əsədov sözlərinə belə davam edib: “Biz narkotik vasitənin təsiri altında avtomobil idarə edənlərin yalnız taksi sürücüləri olduğunu deyə bilmərik. Çünki bizim vahid taksi sistemi yoxdur. Bunun üçün təklif etmişik ki, vahid taksi sistemi qurulsun və bu sistem üzərindən müəyyən əməliyyatlar aparılsın. Onlar da sürücü kimi portala daxil olub işlədiklərini sübut etsinlər. Həmçinin, bu yolla bank kreditləri də taksi sürücülərinə şamil edilsin. Vahid taksi sisteminin müsbət tərəfi budur. Burada birbaşa vətəndaşlar qazanacaq.

Digər müsbət tərəf isə sistemə daxil olan şəxslər sürücü haqqında konkret məlumatlar əldə edirlər. Bu kimi sistemlərin proseslərə təsirini özündə ehtiva edəcək”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə