"Ümummilli Liderin hakimiyyəti dövründə ölkədə sürətli iqtisadi inkişaf reallaşdı" - DEPUTAT ŞƏRH ETDİ

"Ümummilli Liderin hakimiyyəti dövründə ölkədə sürətli iqtisadi inkişaf reallaşdı" - DEPUTAT ŞƏRH ETDİ

"Ümummili Lider Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial-iqtisadi həyatında və eləcə də cəmiyyətin hər bir sferasında yeni bir dönüş yarandı. Milli liderinin siyasi uzaqgörənliyi nəticəsində ictimai-siyası həyatda stabilliyin əldə edilməsi ilə yanaşı ölkə iqtisadiyyatının bərpası istiqamətində fəaliyyətlər sürətləndi. İqtisadiyyatın inkişafı üçün yaxın dövrdə nəzərdə tutulan tədbirlər ilə yanaşı strateji proqramlar və layihələrin işlənin hazırlanmasına və reallaşmasına başlanıldı. Milli liderin siyasi rəhbərliyi ilə Azərbaycan iqtisadiyyatının uzun müddətli dövr üçün strateji hədəfləri müəyyənləşdirildi. Müstəqilliyin ilk illərində ölkə iqtisadiyyatında müşahidə edilən tənəzzül qısa zamanda aradan qadırıldı və Ümummilli Liderin rəhbərliyi ilə həyata keçirilən islahatlar qısa müddət ərzində hər bir vətəndaşın həyatında hiss olunmağa başladı. Həmin dövrdə həyata keçirlməyə başlanan islahatlar uzun müddətli dövrdə Azərbaycan iqtisadiyyatında inkişaf trayektoriyalarını müəyyənləşdirdi. Heydər Əliyevin starteji baxışı iqtisadi tənəzzülün qısa zamanda aradan qaldırılmasına, liberal iqtisadi islaharlar yolu mülkiyyət münasibətlərinin yeni mərhələyə qədəm qoymasına, sənaye, kənd təsərrüfatı və eləcə də iqtisadiyyatın fərqli sektorlarında islahatların dərinləşməsinə səbəb oldu. Qeyri-neft sektorunun inkişaf etdirilməsi kontekstində neft sənayesinin bərpası, ölkəyə valyuta daxil olmalarının artırılması təmin olması və bununla da sahibkarlığın daha yaxın dəstəklənməsi əsas hədəflərdən idi". Bu sözləri SİA-ya açıqlamasında milli məclisin deputatı Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, liberal iqtisadiyyatın, sosial ədalət prinsiplərinin fonunda ölkənin iqtisadi müstəqilliyinin qorunması istiqamətində ardıcıl fəaliyyətlər həyata keçirilməyə başlanıldı: "MDB məkanında ilk dəfə olaraq torpaq islahatı, yeni mülkiyyət növlərinin formalaşması və inkişafı, sosial ədadlət və təmin sistemin formalaşması və gücləndirilməsi və eləcə də Azərbaycanın dayanıqlı inkişafa nail olunması üçün xarici iqtisadi əlaqələrin genişləndirilməsi istiqamətində qətiyyətli addımıar atıldı. Bu islahatlar starteji dövrdə Azərbaycan iqtisadiyyatının bünövrəsini formalaşdırdı.

Qısa müddət sonra, 1994-cü il sentyabrın 20-də Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi" haqqında dünyanın 11 ən iri neft şirkəti ilə bağlanmış müqaviləsi imzalandı. Milli liderin uzaqğörən siyasəti nəticəsində ərsəyə gələn bu anlaşma Azərbaycanın siyasi-iqtisadi müstəqilliyinin qorunub saxlanması xüsusi rola malik olmaqla uzunmüddətli dövrdə ölkənin valyuta ehtyatlarının formalaşmasına töhvə verməkdədir. Həmin dövrdə formalaşdırılan enerji siyasəti bu müqavilə ilə dünyanın ilk neft hasilatçılarından olan Azərbaycanı beynəlxalq enerji bazarlarında birbaşa iştirakçıya çevrdi. Nəticədə enerji resursları ölkəmiz üçün yalnız dövlət gəlirlərinin artması mənbəyi deyil, həmçinin ciddi geo-siyasi faktora çevrildi. Azərbaycan artıq dünya enerji təhlükəsizliyinə töhvə vermiş ölkələrdən sayılır. Digər maraqlı nüans olaraq qeyd etmək istərdik ki, qlobal arenada enerji təzhizatçısı kimi Azərbaycanin müstəqil beynəlxalq siyasət həyata keçirmə imkanları möhkəmləndi. Geo-siyaso mövqelərimizin güclənməsi ilə yanaşı bu müqavilə eyni zamanda Azərbaycan iqtisadiyatına, əhalinin sosial rifahına ciddi poztiv təsirlər göstərdi".

Deputat sözlərinə davam edərək bildirib ki, "Əsrin Müqaviləsi" ilk olaraq ölkənin beynəlxalq güvənini ciddi şəkildə artırmaqla xarici investisiya axınlarını sürətləndirdi: "Bu investisiyaların böyük bir qismi enerji sektoruna yönəlsə də belə, sözügedən sərmayələrin ölkə iqtisadiyatının digər sferalarına və işsizlik kimi sosial problemlərə müsbət mənada təsirsiz deyildi. Beləliklə, 1994-cü ildən başlayaraq Azərbaycan qlobal enerji bazarının ən böyük aktyorları ilə rəsmi şəkildə əməkdaşlığa başladı. Atəşkəs sazişi və Əsrin Müqaviləsi nəticəsində ölkə iqtisadiyatının ən uzunmüddətli tənnəzzül prosesi dayandırıdı və 1995-ci ildən başlayaraq tərəqqi meylləri müşahidə edildi. Əgər ölkə iqtisadiyatı 1995-ci ildə 11.8% kiçilmişdisə 1996-cı ildə 1.3% artım dərin depresiyanın sonu oldu. Təbii ki, hələ sürətli inkişaf dövrü qarşıda idi və Azərbaycan nefti ilk dəfə 2005-ci ildə Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə dünya bazarlarına çıxacaq və külli miqdarda neft gəlirləri ölkənin inkişafında, infrastrukturun bərpasında və sosial imkanların genişlənməsi-büdcə gəlirlərinin artmasında ciddi rol aynayacaqdı. Bu gün isə Azərbaycan artıq regionun ən inkişaf etmiş ölkəsidir. Azərbaycan regional proseslərə təsir imkanlarına malik olan dövlətdir. 1994-cü ildə Azərbaycan iqtisadiyyatının kiçik olmasına baxmayaraq bağlanan “Əsrin müqaviləsi”ndə ölkəmizin maraqlarını qorumaq mümkün oldu. O zaman Azərbaycanın ümumi daxili məhsulunun həcmi 375 milyon manat idi. Ötən müddətdə isə ümumi daxili məhsulun həcmi 4.5 dəfə artıb. Büdcə gəlirlərimiz cəmi 100 milyon manat idi. Buna baxmayaraq “Əsrin müqaviləsi"ndə öz dövlət və milli maraqlarımıza uyğun olaraq şərtlər xarici şirkətlərlə razılaşdırıldı. Bu da təbii ki, birbaşa ümummilli lider Heydər Əliyevin siyasi iradəsi nəticəsində mümkün oldu ki, Azərbaycan o zaman zəif ölkə olmasına baxmayaraq “Əsrin müqaviləsi”ni öz maraqları çərçivəsində hazırlayıb imzalaya bildi.

Milli Liderin hakimiyyətə qayıdışından sonra Azərbaycan iqtisadiyyatında əldə edilən uğurları iki mərhələdə qruplaşdırmaq mümkündür. 1993-2003-cü illəri əhatə edən birinci mərhələdə Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasət tənəzzülün aradan qaldırılmasına, stbailliyinin və iqtisadi inkişafın formalaşmasına imkan yaratdı. Bu mərhələdə əldə edilən uğurlar növbəti dövrdə Azərbaycanda sürətli iqtisadi inkişafın reallaşmasına baza formalaşdırdı. 2003-cü ildən sonraki dövrdə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev və Azərbaycan Respublikası Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə dayanıqlı və inkluziv iqtisadi inkişafın qorunub saxlanması, ölkəmizin regional və qlobal məsələlərdə mövqeyinin daha da gücləndirilməsi və müsair çağrışlara uyğun yeni iqtisadi modelin formalaşmasına nail olundu".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə