Dünya bazarında neftin qiymətlərində cüzi eniş qeydə alınıb.

SİA birjalara istinadən xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” neftinin aprel fyuçersləri 0,39 % ucuzlaşaraq 1 bareli 84,17 ABŞ dollarına satılıb. WTI neftinin mart fyuçerslərinin qiyməti isə 0,44 % düşüb və 1 bareli 77,56 ABŞ dolları təşkil edib.

Neftin ən böyük istehlakçılarından və idxalçılarından biri olan Çində karantin məhdudiyyətlərinin yumşaldılması ölkə iqtisadiyyatı ilə əlaqəli proqnozları və neftə olan tələbatla bağlı proqnozları dəstəkləyir.

İnvestorlar həmçinin ABŞ-da neft ehtiyatlarına dair həftəlik məlumatların dərc olunmasını gözləyirlər. Analitiklər hesab edirlər ki, yanvarın 27-nə qədər olan həftə ərzində ölkədə neftin kommersiya ehtiyatları 1 milyon barel azalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə