Bu gün “Eurovision” mahnı müsabiqəsinin 55 yaşı tamam olur

Bu gün “Eurovision” mahnı müsabiqəsinin 55 yaşı tamam olur

Bu gün "Eurovision" mahnı müsabiqəsinin 55 illik yubileyidir. SİA-nın məlumatına görə, ilk dəfə müsabiqə 1955-ci ilin məhz bu günündə keçirilib.

1956- ci ildə Avropa Radio Yayım Birliyi iştirakçı ölkələrin nümayəndələrinin eyni teleşouda yarışdırmağı və eyni zamanda bütün nüfuzlu ölkələrdə yayımlanan beynəlxalq mahnı müsabiqəsi keçirməyi qərara alıb. Müsabiqənin özülü 1955-ci ildə Monakoda Avropa Radio Yayım Birliyində işləyən fransız mənşəli Marsel Bezenson tərəfindən qoyulub.

Müsabiqə ilk dəfə 1951-ci ildə keçirilən San-Remo italiyan festivalında yaradılıb və canlı yayım üçün texniki eksperiment kimi qiymətləndirilib. Həmin günlərdə bu layihə, bir çox ölkələri beynəlxalq qovşaqda birləşdirən çox ümidverici bir layihə idi. O zaman hələ peyk televiziyası mövcud olmadığından, \"Eurovision\" yalnız yerüstü stansiyaları özündə cəmləşdirib.
1956-cı ildən etibarən Eurovision Song Contest fasiləsiz yayımlanır və ən məşhur uzunömürlü verilişlərdən biri hesab olunur.

Bu müsabiqə yalnız Avropada deyil, həmçinin iştirakçı olmayan Avstraliyada, Kanadada, Misirdə, Honkonqda, Hindistanda, İordaniyada, Koreyada, Yeni Zellandiyada və ABŞ-da da yayımlanır.

55 illik tarixi olan Eurovision mahnı müsabiqəsinə Azərbaycan ilk olaraq 2008-ci ildə Elnur & Samir-in \"Day after day\" mahnısıyla qatılıb. Daha sonra 2009-cu ildə Aysellə (Araşın köməkliyi ilə) 3-cülüyü qazanıb. 2010-cu ildə Safura bu yarışmada 5-ciliklə 3 illik \"Eurovision\" tariximizdə daha bir səhifə yazdı.

Bu il isə Azərbaycan müsabiqənin tarixində özü üçün bir ilkə imza atdı. Belə ki, 4-cü dəfədir ki, müsabiqədə təmsil olunan Azərbaycan birincilik qazanaraq tarixə öz adını yazdırdı. Bu ilki təmsilçilərimiz Eldar Qasımov və Nigar Camal "Runnig scared" mahnısı ilə ölkəmizi bütün Avropa ölkəsində tanıtdı.

Bütün xəbərlər Facebook səhifəmizdə