Şamaxıda Mirzə Ələkbər Sabir şerlərinin bədii qiraət müsabiqəsinə yekun vurulacaq
Şamaxıda Mirzə Ələkbər Sabir şerilərinin bədii qiraət müsabiqəsinə yekun vurulacaq. Bu barədə SİA-ya Söz Azadlığını Müdafiə Fondundan məlumat verilib.
Söz Azadlığını Müdafiqə Fondu və Azərbaycanda Vətəndaş Cəmiyətinin İnkişafına Yardım Assosiasiyasının təşkilatçılığı ilə fevralın 28-dən start verilən Mirzə Ələkbər Sabirin yaradıcılığına həsr olunan "Bədii qiraət" müsabiqəsinə may ayının 25-də yekun vurulacaq.
Şamaxı Təhsil Şöbəsinə aid olan orta məktəblərdə, habelə Şamaxı Humanitar Kollecində və Azərbaycan Müəllimlər İnstitutunun Şamaxı filialında müsabiqənin birinci mərhələsi artıq başa çatıb. Müsabiqənin rayon səviyyəsindəki yarışmaya 42 nəfər seçilib. Onlardan 36 nəfəri orta məktəblərin 5 -11 sinif şagirdləridir.
Müsabiqənin ikinci mərhələsi mayın 24 də start götürəcək. Xalq artisti Tofiq İsmayılovun sədrliyi ilə təşkil edilən münsiflər heyəti iştirakçıların çıxışlarına dinləyəcək və sonda qaliblər müəyyən ediləcək.
Mayın 25-də isə Sabir günləri ilə bağlı keçirilən tədbirdə qaliblərin mükafatlandırılması olacaq.
Qeyd edək ki, müsabiqənin təşkilində əsas məqsəd M.Ə. Sabir yaradıcılığının təbliği, M.Ə. Sabirin yaradıcılığının tədris prosesində tətbiqinə metodiki dəstək vermək, tədris prosesində fəal şagirdləri üzə çıxarmaqla həvəsləndirməkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB