Xəzər rayon Mərkəzi Kitabxanasında şəhidlərin xatirəsi anılıb

Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası Binə şəhidlərinə həsr olunmuş “Şəhidlər unudulmur” adlı təqdimatını sosial şəbəkə istifadəçiləri və izləyiciləri üçün təqdim edib. Kitabxanadan SİA-ya bidirilib ki, təqdimatda Binə qəsəbəsindən şəhid olmuş oğulların şərəfli tale yolu, şücaətləri əks olunub.

Azərbaycan torpaqlarının bütövlüyü uğrunda canlarından keçən şəhidlərimiz öz qanları bahasına bu gün tarixin yeni səhifələrini yazıblar. Onlardan 27 nəfər Binə qəsəbəsinin şəhidləridir. Vətənpərvərliyin ən ali məqamı - şəhidlikdir. Bu ucalığa yüksələnlərin ömür yolu nə qədər qısa olsa da, şərəfli və örnək sayılır. Qəhrəmanlıq bir anın bəhrəsi deyil.Xarakterin, tərbiyənin,mənəvi yaddaşın gücü ilə diktə olunan keyfiyyətdir. O,elə bir keyfiyyətdir ki, onun mahiyyətində təsadüf adlanan heç nə yoxdur.

1988-ci ildən başlayaraq işğalçı ermənilərin növbəti fitnəkarlığının qurbanları olan Azərbaycan övladlarının döyüş məharətini, Şəhidlik zirvəsinə gedən yolunu tez-tez yada salaq, onu heç unutmayaq.

Vəzifəsindən, yaşından aslı olmayaraq, hər bir azərbaycanlı Şəhidlərin adlarını əbədiləşdirmək, xatirələrdə yaşatmaq üçün əlindən gələni etməlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...