Bəhram Bağırzadənin vəziyyəti necədir?

Bəhram Bağırzadənin vəziyyəti necədir?

"Bəhram Bağırzadə əvvəlki kimi süni ventilyasiya və ECMO aparatlarına qoşulu vəziyyətdədir. Onun vəziyyətində ciddi dəyişiklik baş verməyib. SİA-nın məlumatına görə, bunu Mərkəzi Gömrük Hospitalının rəisinin müalicə işləri üzrə müavini Bəxtiyar Musayev deyib.

Onun sözlərinə görə, Əməkdar artistin son günlər istər ağciyər toxumasının vəziyyətində, istərsə də laborator göstəricilərdə müəyyən yaxşılaşma qeyd edilir.

Xatırladaq ki, Azərbaycanın Əməkdar artisti Bəhram Bağırzadə koronavirus infeksiyasına yoluxub. O, vəziyyətinin kəskin pisləşməsi səbəbindən əvvəl müalicə olunduğu xəstəxanadan iyunun 13-də Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb.

Əməkdar artistin 90%-dən çox ağciyər toxuması zədələndiyindən onu ECMO cihazına qoşublar.

Bütün xəbərlər Facebook səhifəmizdə