“Kultroloqiya və insan inkişafı” mövzusunda videokonfrans təşkil olunub FOTO
Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi (MİHİRK), Prezident yanında Dövlət İdarətçilik Akademiyasının professoru, “Simurq” Mədəniyyət Assosiyasiyasının prezidenti, tarix elmləri doktoru Fuad Məmmədovla birgə “Kultroloqiya və insan inkişafı” mövzusunda kultroloji onlayn videokonfrans təşkil edib.
SİA-nın məlumatına görə, konfransda Fuad Məmmədovun ümumi mədəniyyət prinsiplərindən, ailə, insan və beynəlxalq münasibətlərindən, meltikulturalizm və sivilizasiyadan bəhs edən mühazirəsi dinlənilib.
Konfransda MİHİRK-nin aparat işçiləri və Regional Ərazi Metodiki Mərkəzlərinin sədrləri, habelə Bakı şəhər üzrə ilk həmkarlar ittifaqları təşkilatlarının fəalları tərəfindən mövzu ilə bağlı maraq doğuran suallar cavablandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB