Müslüm Maqomayev adına VI beynəlxalq vokal müsabiqəsinə ərizə qəbulunun vaxtı dəyişdirilib
COVID-19 pandemiyası ilə əlaqədar Moskvada Vokalçıların Müslüm Maqomayev adına VI beynəlxalq müsabiqəsinə ərizə qəbulunun vaxtı sentyabrın 15-dək uzadılıb. Müslüm Maqomayevin Mədəni-Musiqi İrsi Fondunun təşkilatçılığı ilə oktyabrın 9-10-da keçirilməsi nəzərdə tutulan VI beynəlxalq müsabiqənin vaxtı dəyişilib.
SİA ondun rəsmi saytına istinadla xəbər verir ki, müsabiqə 2021-ci il aprelin 23-24-də keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB