“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi koronavirus (COVID-19) xəstəliyinin Azərbaycanda geniş yayılmasının qarşısının alınması məqsədilə ölkə rəhbərliyi tərəfindən həyata keçirilən tədbirlərə öz dəstəyini davam etdirir. Bir neçə həftədir ki, bu məqsədlə mütəmadi olaraq xeyriyyə aksiyaları keçirən ictimai birlik bu həftə də ənənələrinə sadiqliyini nümayiş etdirib.
İctimai birliyin sədri, el ağsaqqalı Qənbər Qurbanovun təşəbbüsü ilə Bakı şəhərində və ətraf rayonlarda sosial qayğıya ehtiyacı olan vətəndaşlara yardımlar edilib, eyni zamanda, təşkilatın fəalları tərəfindən insanlara zəruri maarifləndirici məlumatlar çatdırılıb.
SİA-nın məlumatına görə, bugünkü aksiya çərçivəsində 60-dan çox sosial qayğıya ehtiyacı olan aztəminatlı, şəhid ailələri və Qarabağ müharibəsi veteranlarının ailələri ilə görüş keçirilib, onlara ərzaq yardımı göstərilib, eyni zamanda, tibbi maska paylanılıb. İctimai birliyin xeyirxahlıq missiyasına uyğun olaraq bütövlükdə sosial müdafiəyə və qayğıya ehtiyacı olan 800-dən çox ailəyə yardım edilib. Görüşlərdə iştirak edən sakinlər xüsusi vurğulayıblar ki, bu çətin və məsuliyyətli günlərdə dövlətin hərtərəfli qayğısı ilə əhatə olunublar və bütün bunlara görə ölkə rəhbərliyinə minnətdardırlar.
Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük!” çağırışını özünün kredosu seçən “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin fəalları qeyd ediblər ki, koronavirusla mübarizə tədbirləri çərçivəsində fəaliyyət davam etdiriləcək, sosial qayğıya ehtiyacı olan vətəndaşlarımıza mütəmadi olaraq yardım göstəriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB