Salam Qədirzadənin yaradıcılığına həsr olunmuş sərgi

Görkəmli Azərbaycan yazıçısı, dramaturq Salam Qədirzadənin yaradıcılığına həsr olunmuş virtual sərgi hazırlanıb. SİA-nın məlumatına görə, sərgi Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin mərkəzi kitabxanası tərəfindən təşkil olunub.

Qeyd edək ki, Azərbaycan ədəbiyyatında görkəmli yerlərdən birini tutan Salam Qədirzadə pyesləri, roman və povestləri ilə oxucuların məhəbbətini qazanıb. Ədibin dramaturq kimi yaratdıqları da tamaşaçıların rəğbətini qazanıb, onun pyesləri təkcə Azərbaycanda deyil, Ukrayna, Moldova və digər ölkələrdə səhnəyə qoyulub. “Hardasan, ay subaylıq”, “Həmişəxanım”, “Gurultulu məhəbbət”, “Şirinbala bal yığır” kimi komediyaları isə elə indi də gündəmdədir.

Bütün xəbərlər Facebook səhifəmizdə